Tələbə krediti almaq üçün müraciət edənlərin sayı AÇIQLANDI 

Tələbə krediti almaq üçün müraciət edənlərin sayı AÇIQLANDI 

Hazırda oxunan: Tələbə krediti almaq üçün müraciət edənlərin sayı AÇIQLANDI 

142458

Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb. 

Təhsil Tələbə Krediti Fondundan Bizim.Media-ya bildirilib ki, bu günə qədər 7632 tələbə kredit almaq üçün müraciət edib.  

Onlardan 172 nəfərin müraciəti natamam olub, 122 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 677 nəfərin müraciətinə imtina cavabı verilib, 144 nəfərin müraciəti isə banka yönləndirilib. 
Yaz sessiyası üzrə 6517 nəfərə TTK verilib. Onların arasından 2273 nəfərin müraciəti sosial TTK, 4244 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO