MN: Naxçıvan və Şuşadakı mövqelərimiz atəşə tutulub

MN: Naxçıvan və Şuşadakı mövqelərimiz atəşə tutulub

Hazırda oxunan: MN: Naxçıvan və Şuşadakı mövqelərimiz atəşə tutulub

142448

İyunun 20-i saat 16:30-dan saat 17:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ordumuz Arazdəyəndə mülki infrastrukturu atəşə tutmayıb - MN


Bildirilib ki, bundan başqa, saat 20:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. 

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO