MN: Bu ay 640 hektaradək ərazi minalardan tam təmizlənib - FOTO/VİDEO 

MN: Bu ay 640 hektaradək ərazi minalardan tam təmizlənib - FOTO/VİDEO 

Hazırda oxunan: MN: Bu ay 640 hektaradək ərazi minalardan tam təmizlənib - FOTO/VİDEO 

142423

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərimizdə cari ilin iyun ayı ərzində 640 hektaradək ərazi minalardan tam təmizlənib. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 31334 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Ümumilikdə 10206 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10446 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. 

Bundan başqa, mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyət nəticəsində ümumilikdə 1191 km-dən artıq yeni təminat yolları çəkilib, 21190 km-dən artıq yol qar örtüyündən təmizlənib.  
Cari ilin iyun ayı ərzində 55 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib. Əsas səylərin azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinin təmizlənməsinə, eləcə də yeni təminat yollarının çəkilməsinə yönəldiyi mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq davam etdirilir. 
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO