MİQ imtahanı hansı tarixdə KEÇİRİLƏCƏK? – AÇIQLAMA 

MİQ imtahanı hansı tarixdə KEÇİRİLƏCƏK? – AÇIQLAMA 

Hazırda oxunan: MİQ imtahanı hansı tarixdə KEÇİRİLƏCƏK? – AÇIQLAMA 

142388

Hər il olduğu kimi bu ildə müəllimlərin işə qəbul imtahanına hazırlaşanların sayı kifayət qədər çoxdur. Lakin imtahanın nə vaxt olacağı hələ də açıqlanmayıb.

Bu da müəllim kimi fəaliyyət göstərmək istəyən minlərlə şəxsin intizarda qalmasına səbəb olub.

Bəs, imtahanın nə vaxt keçirilməsi nəzərdə tutulur?

Sualı Bizim.Media üçün cavablandıran təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, MİQ imtahanının  iyul ayının 10-u və ondan sonrakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:
 

MÖVZU İLƏ BAĞLI:

MİQ imtahanı iştirakçılarının NƏZƏRİNƏ: Bu məqamlara xüsusi diqqət yetirin 


“Müəllimlərin işə qəbul imtahanı barədə dəqiq tarix təyin olunub. Sadəcə ictimaiyyətə təqdim edilməyib. Yaxin vaxtlarda açıqlanacağı gözlənilir. Növbəti ayın 3-ü qeyri iş günü yekunlaşdığı üçün ondan sonraki tarixdə keçirilməsi ilə bağlı dəqiq məlumat ictiməyətə açıqlanacaq. Ümumi müsabiqədə isə iştirak edənlərin sayı hər il 50 mindən çox olur. Bu il də həmin sayda olacağı gözlənilir”.

Qeyd edək ki, mayın 22-də 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib.

Sənəd qəbulu mayın 30-da başa çatıb.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO