Baş redaktor: “MİDA-nın son addımı mənzil arzusunda olan jurnalistlər üçün əsl fürsətdir”

Baş redaktor: “MİDA-nın son addımı mənzil arzusunda olan jurnalistlər üçün əsl fürsətdir”

Hazırda oxunan: Baş redaktor: “MİDA-nın son addımı mənzil arzusunda olan jurnalistlər üçün əsl fürsətdir”

142352

"Jurnalistlərin Mənzil İnşaatı Dövlət Agentliyinin Sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırasına daxil edilməsi media mənsubları üçün yaxşı xəbər oldu. Doğrudan da, media nümayəndələri sosial müdafiəsi zəif olan insanlar katqeoriyasına aiddir".

Bizim.Media xəbər verir ki, bu fikirləri "demokrat.az"a açıqlamasında “Bizim.media” xəbər portalının baş redaktoru Anar Tahirov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Jurnalistlər də MİDA-dan ev ala BİLƏCƏK - ŞƏRTLƏR 


Anar Tahirov deyib ki, istər elektron, istərsə də yazılı mətbuatın böyük hissəsi özünümaliyyələşmə hesabına ayaqda dayanır:

"Hesab edirəm ki, bu qərar uzun illər mətbuatda çalışan, bütün enerjisini və vaxtını öz işinə həsr etmiş vicdanlı həmkarlarımıza çox gözəl şans və imkan verəcək.

Artıq bundan sonra MİDA-nın yeni qaydalarına görə gənc ailə üzvü olan “ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” və yaşından və ailə vəziyyətindən asılı olmayaraq “ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” də güzəştlə mənzil əldə edə biləcəklər.
Etiraf etmək lazımdır ki, bu gün media cameəsi əsasən Bakıda cəmləşib. Baxmayaraq ki, bu cameədəki insanların bir çoxu regionlarda doğulub, boya başa çatıb və işi ilə bağlı Abşeron yarımadasında yaşayan jurnalistlərin əksəriyyətinin 70-80 min manata mənzil almaq imkanı yoxdur.

Ona görə də, MİDA-nın son addımı uzunmüddət mənzil sahibi olmaq arzusunda olan jurnalistlər üçün əsl fürsətdir. 

İnanıram ki, hökümətimizin bu nəcib qərarı əksər həmkarlarımızın uzun illik arzularına çatmaqda bir vəsilə olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO