XİN diplomatik xidmətə qəbulla bağlı müsabiqə ELAN EDİR  

XİN diplomatik xidmətə qəbulla bağlı müsabiqə ELAN EDİR  

Hazırda oxunan: XİN diplomatik xidmətə qəbulla bağlı müsabiqə ELAN EDİR  

142331

Xarici İşlər Nazirliyi diplomatik xidmətə qəbulla bağlı müsabiqə elan edir. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, diplomatik xidmətə qəbulla bağlı müsabiqə aşağıdakı ardıcıllıqla həyata keçiriləcək: 

• onlayn qeydiyyat; 

• yazılı imtahanın birinci mərhələsi - test tapşırıqları; 

• yazılı imtahanın ikinci mərhəlsi - analitik yazı bacarıqları və xarici dil biliklərinin yoxlanılması; 

• müsahibə. 

Yazılı imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 3 iyul 2023-cü il saat 10:00-dan 15 avqust 2023-cü il saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat üçün xidmət göstərilən tarixlərdə aktiv olacaq. 

Yazılı imtahan 2 mərhələdən ibarətdir. 

Test tapşırıqlarından ibarət olan birinci mərhələ 17 sentyabr 2023-cü il tarixində keçiriləcək. 

Xarici dil biliyi və analitik yazı bacarıqlarının və yoxlanılmasını nəzərdə tutan ikinci mərhələ isə 23 və 24 sentyabr 2023-cü il tarixlərində keçiriləcək. 

Yazılı imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar).

Kabinet yaradılan zaman pul hesabı açılır. Yazılı imtahanın hər bir mərhələsində iştirak haqqı 70 AZN (ƏDV daxil olmaqla) təşkil edir. Yazılı imtahanın ikinci mərhələsi üçün iştirak haqqını yalnız birinci mərhələni müvəffəqiyyəttlə keçərək ikinci mərhələyə buraxılmış şəxslər ödəyəcək. 

“Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.

Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra müvafiq imtahan mərhələsində iştirak etmək üçün “Xarici İşlər Nazirliyinə qəbul üzrə yazılı imtahanda iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. 

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə daha ətraflı tanış ola bilərlər. 

//exidmet.dim.gov.az/elimt/XinTest/elan 

Qeyd edək ki, DİM tərəfindən 30 iyul 2023-cü il tarixində xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı da keçiriləcək.

Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 22 iyun saat 10:00-dan 21 iyul saat 18:00-dək həyata keçiriləcək. Sinaq imtahanı üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq. 
Namizədlərin sınaq imtahanında iştirak etməsi üçün ödənişin məbləği 60 AZN (ƏDV daxil olmaqla) təşkil edir. Sınaq imtahanı yazılı imtahanın birinci mərhələsi üzrə keçirilir və imtahanda analitik yazı bacarıqları və xarici dil biliklərinin yoxlanılması nəzərdə tutulmur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO