Bahar Lətifqızı: “12 saatlıq əməliyyatda ürəyim dayandı” - VİDEO  

Bahar Lətifqızı: “12 saatlıq əməliyyatda ürəyim dayandı” - VİDEO  

Hazırda oxunan: Bahar Lətifqızı: “12 saatlıq əməliyyatda ürəyim dayandı” - VİDEO  

142314

Müğənni Bahar Lətifqızı ölümlə üz-üzə qalıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Günün sədası” verilişində bildirib ki, əməliyyat zamanı ürəyi dayanıb. 

“12 saatlıq əməliyyat keçirdim. Həkimimin savadı nəticəsində sağ qaldım. 12 saatlıq əməliyyatda ürəyim dayandı. Ürəyimə defibrillyator aparatı qoşuldu (ağır ürək aritmiyalarının elektropulse terapiyası üçün tibbdə istifadə olunan cihaz). O aparat vasitəsi ilə məni ayıltdılar.

Bircə onu bilirəm ki, Allah məni nə qədər sevirmiş. Canımı Allaha fəda etməyə hazıram. Allah bu dəqiqə övladlarımı almaq istəsə, üsyan etmərəm. Çünki Allahın varlığına çox inanıram.

Məhz buna görə də mən ayaq üstəyəm. Oğlumun 12 yaşı var, deyirdi ki, getmə əməliyyata, qorxuram sənə bir şey olar. Allahım balalarım üçün məni qorudu”, - deyə Bahar vurğulayıb.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO