İranda saxta araqdan zəhərlənənlərin sayı 171-ə çatdı

İranda saxta araqdan zəhərlənənlərin sayı 171-ə çatdı

Hazırda oxunan: İranda saxta araqdan zəhərlənənlərin sayı 171-ə çatdı

142202

İranın şimalında yerləşən Əlborz əyalətində alkoqoldan zəhərlənənlərin  sayı 171-ə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İRNA agentliyi yayıb.

Mənbə yazır ki, bazar ertəsi səhər saatlarında 155 zəhərlənmə hadisəsi qeydə alınıb.

“Son məlumatlara görə, son 5 gündə tərkibində metanol olan araqdan zəhərlənənlərin sayı 171 nəfərə çatıb”, - deyə əyalətin Tibb Universitetinin dekanı Şəhram Sayadi bildirib.

Bir gün əvvəl əyalət hüquq-mühafizə qüvvələrinin komandanı, general Həmid Xadavənd zəhərlənməyə səbəb olan saxta araqların paylanması işi üzrə 6 nəfərin həbs olunduğunu açıqlamışdı.
Komandirin sözlərinə görə, araşdırma zamanı məlum olub ki, məhsul istehsalçıları qeyri-qanuni yollarla bədən spreyi zavodundan xarab texniki spirt əldə ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları zavoddan 6,5 min litr spirt götürərək müəssisəni möhürləyiblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO