Mətbuatın yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyan “Sülhməramlı” Mərkəzin sanksiya bazasına daxil edilib. Onun adı Ukrayna məlumat bazasında Rusiya təcavüzünün ortaqları siyahısına daxil edilib.
Səbəb kimi Paşinyanın “Ukraynaya qarşı humanitar təcavüz aktlarında iştirakı” və “Rusiya təcavüzünə açıq bəraət qazandırması” göstərilir.
Məlumata görə, o, “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi siyahıda yer alıb.
Paşinyanın adının "Rusiyanın Ukraynaya təcavüzünün ortaqları" siyahısına daxil edilməsi fonunda Ermənistan, nəhayət ki, cəzalandırılacaqmı?
Bizim.Media-ya açıqlama verən politoloq Cümşüd Nuriyevin fikrincə, prosesin gedişi Qərbin Rusiyanın təcavüzünə bəraət qazandıran Ermənistanı da cəzalandıracağını deməyə əsas verir:
MÖVZU İLƏ BAĞLI:
Paşinyan ölkəsinin Türkiyəyə qarşı ərazi iddialarından İMTİNA EDİR? – AÇIQLAMA
“Ukrayna dövlət səviyyəsində Ermənistanın mövqeyini dəstəkləmir. Baxmayaraq ki, Ukraynada kifayət qədər erməni diasporu var. Əslində oradakı erməni diasporu daha çox rusiyameyllidir. Rusiya isə Paşinyanı istəmir. Kiyevin Paşinyanla bağlı atdığı addım Avropa üçün də bir imkandır. Qərbin Paşinyanla bağlı müəyyən şübhələri yaranıb”.
Politoloq qeyd edir ki, bütün bunlar Azərbaycanın xeyrinədir:
“Özü düşən ağlamaz. İrəvan başa düşməlidir ki, Azərbaycana qarşı yürütdüyü siyasətdə nə qədər qeyri-səmimidirsə, bir o qədər də Azərbaycanın imkanları böyüyəcək. Paşinyanın həmin siyahıya salınmasında Azərbaycan xarici siyasətinin də böyük rolu vardır. Ermənistanın anti-Azərbaycan siaysəti İran, Rusiya və Fransa tərəfindən dəstəklənir. Bütün bunların fonunda Azərbaycan da müvafiq addımlar atır”.
Həmsöhbətimizin fikrincə, Ukrayna Ermənistanın ardınca İrana qarşı da sanksiyalar tətbiq edəcək.
Rüfət Sultan, Bizim.Media