Jurnalistlər qurumların mətbuat xidmətlərinin fəaliyyətindən razıdırmı? – SORĞU 

Jurnalistlər qurumların mətbuat xidmətlərinin fəaliyyətindən razıdırmı? – SORĞU 

Hazırda oxunan: Jurnalistlər qurumların mətbuat xidmətlərinin fəaliyyətindən razıdırmı? – SORĞU 

142189

“Azərbaycanda jurnalistlərin cəmi 12 faizi dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətindən razıdır".

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Əhalinin 20 faizi dövlət qurumlarının xidmətlərindən MƏMNUN DEYİL – SORĞU  


Məlumatda deyilir ki, Mərkəz son dövrlər dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı media mənsubları arasında artan müzakirələrdən və onların təşəbbüsündən irəli gələrək, mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı media mənsubları arasında rəy sorğusu keçirib.

Mətbuat nümayəndələri daim qurumların kommunikasiya siyasətində çatışmayan tərəfləri qeyd ediblər. Eyni zamanda onları qane edən ünsiyyət meyarları da KİV nümayəndələri tərəfindən qeyd olunub.

Ümumilikdə, son illər jurnalistlər üçün media qurumları ilə işləmək xeyli rahatlaşıb. Sorğuda iştirak edən jurnalistlər də qeyd edir ki, təxminən 10 il əvvəl ilə müqayisədə informasiyaları dəqiqləşdirmək, məlumat almaq, mövqe öyrənmək xeyli asanlaşıb.

KİV işçiləri düşünür ki, əslində mətbuat xidməti rəhbərliklə mətbuat arasında vasitəçi rolunu oynamalıdır. Mətbuat katibləri bəzən çalışırlar ki, işlədikləri qurum barədə mənfi xəbərlər yayılmasın. Jurnalistin baş verən hadisəyə çevik yanaşması həm də məsələnin birbaşa bağlı olduğu dövət qurumundan asılıdır.

Mətbuat katibinin sorğulara operativ cavab verməsi həmin qurumla bağlı dezinformasiyaların yaranmasına imkan vermir.

“Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətindən razısınızmı” sualına 78.1% “qismən razıyam”, 12.8% “tam razıyam”, 8.6% “heç razı deyiləm” cavabını verib. 0.5% respondent suala cavab verməkdə çətinlik çəkib. Jurnalistlər bəzi qurumların media fəaliyyətini bəyənsələr də, digər qurumların bu sahədəki fəaliyyətindən narazılıq ifadə ediblər. Nəticədə “qismən razıyam” cavabı verənlər üstünlük təşkil edib.

Sorğuda iştirak edənlərə “Mətbuat xidmətlərinin fəaliyyətində hansı meyarları vacib hesab edirsiniz?” sualı ünvanlanıb və bir neçə cavab variantı seçmək imkanı verilib. Media nümayəndələrinin əsas hissəsi, 69.8%-i hadisələrə operativ reaksiya vermək ənənəsi, 51.0%-i jurnalistlərə qarşı ayrı-seçkilik edilməməsi və 46.1%-i jurnalistlərlə fəal ünsiyyət bacarığı meyarlarını vurğulayıb. 

KİV mənsublarının narazı salan məqamları aydınlaşdırmaq üçün onlara bu istiqamətdə sual ünvanlanıb.

“Mətbuat xidmətlərinin fəaliyyətində sizi narazı salan əsas nüanslar hansılardır?” sualına verilən cavablara əsasən, medianın sorğularına gec reaksiya verilməsi məsələsi, rəhbərliyin təsdiqini gözləmək əsası ilə sorğuların cavablandırılmaması, jurnalistlər arasında ayrı-seçkilik edilməsi məsələləri sorğuda önə çıxan əsas problemlər kimi müəyyən olunub.

Jurnalistlərə həmçinin qurumların mətbuat xidmətlərinin böhranlı situasiyadakı işləri ilə bağlı sual ünvanlanıb. 
“Qurumların mətbuat xidmətləri fors-major hallara və böhranlı vəziyyətlərə dair böhran kommunikasiyasında uğurlu fəaliyyət göstərirmi?” sualına sorğuda iştirak edənlərin 56.0%-i “xeyr”, 34.4%-i “bəli” cavabını verib. Respondentlərin 9.6%-i bu suala cavab verməkdə çətinlik çəkib.








Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO