Bu ərazilərdən SEL KEÇİB  

Bu ərazilərdən SEL KEÇİB  

Hazırda oxunan: Bu ərazilərdən SEL KEÇİB  

142163

Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 45 sm artıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib. 

Onun sözlərinə görə, hazırda ölkə çaylarında gursululuq dövrü davam edir. Hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqədar əksər çaylarda sululuq artıb:

"Qazax Gəncə bölgəsinin ərazisindən axan Zəyəmçayda suyun səviyyəsi 3, Kürəkçayda 6, Füzuli rayonu ərazisindən axan Quruçayda 31, Oğuz rayonu ərazisindən axan Əlicançayda 5, Quba rayonu ərazisindən axan Qudyalçayda isə 3 sm artım olub.
Böyük Qafqazın cənub yamacından axan Türyançay, Göyçay və Dəmiraparançay çaylarında suyun səviyyəsinin kəskin artması nəticəsində iyunun 17-də Qarasuçayda suyun səviyyəsi 1 metr 25 sm artıb və nəticədə Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 45 sm, Surrada 76 sm, Salyanda isə 20 sm artım müşahidə olunub". 

A.Verdiyev bildirib ki, yağan intensiv leysan yağışı nəticəsində Tovuz rayonu ərazisindən axan Əsrik çaydan və Goranboy rayonu ərazisindən axan Gorançaydan qısamüddətli sel keçib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO