Azərbaycanda uşaq bağçalarından birində azyaşlıya qarşı kobud rəftar və şiddət göstərildiyi barədə videogörüntü təqdim etmişdik.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Bağça tərbiyəçisindən uşağa qarşı ŞİDDƏT – VİDEO
Videoda bağça tərbiyəçisi Cəmilə adlı azyaşlıya əmrinə tabe olmadığı üçün qışqıraraq fiziki təzyiq göstərir. Üstəlik onun valideynlərini digər azyaşlıların gözü önündə qeyri-etik ifadələrlə söyür. Hadisənin nə vaxt və hansı bağçada cərəyan etdiyi barədə isə məlumat verilmir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən dərhal reaksiya gəlib. Qurumun Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-ya açıqlamasında həmin görüntünün 3 il əvvələ aid olduğunu bildirib:
“Həmin video Nizami rayonu 264 nömrəli uşaq bağçasında çəkilib və görüntülər 3 il əvvələ aiddir. Həmin vaxt isə zəruri tədbirlər görülüb”- deyə DİN rəsmisi əlavə edib.
Alçina Amilqızı, Bizim.Media