İmran Ağayevdən sonra onlar da azadlığa BURAXILDI  

İmran Ağayevdən sonra onlar da azadlığa BURAXILDI  

Hazırda oxunan: İmran Ağayevdən sonra onlar da azadlığa BURAXILDI  

142156

Rüşvət almağa görə məhkum edilmiş FHN Modul Hospitalının sabiq əməkdaşları Rüfət Vəlizadə və Taleh İmanlı azadlığa buraxılıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, məhkumlar təyin olunmuş cəzanın 2/3 hissəsi çəkmələri ilə əlaqədar vaxtından əvvəl şərti olaraq həbsdən azad ediliblar. 

Bir müddət əvvəl sözügedən hospitalın sabiq baş həkimi İmran Ağayev də eyni cür azadlığa buraxılıb. 

Xatırladaq ki, İmran Ağayev və digərləri koronavirus pandemiyası dövründə xəstələri hospitalın “VİP korpus”larına yerləşdirmək və xəstələrin özünə məxsus “Medi Style” klinikasından FHN hospitalına köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay, Rüfət Vəlizadə 8 il 1 ay, Taleh İmanlı isə 8 il 1 ay, Qulu Orucov 5 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Rüfət Əlizadə və Taleh İmanının cəzasını 3 il 6 aya, Ali Məhkəmə isə 2 il 6 aya endirmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO