56 şəxsin adı Azərbaycanın ''qara siyahı''sından çıxarılıb

56 şəxsin adı Azərbaycanın ''qara siyahı''sından çıxarılıb

Hazırda oxunan: 56 şəxsin adı Azərbaycanın ''qara siyahı''sından çıxarılıb

14215

Azərbaycan Respublikasının xəbərdarlığına məhəl qoymadan işğal edilmiş ərazilərə qanunsuz səfər etmiş əcnəbilər “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edilib, həmin şəxslərin ölkəmizə girişinə qadağa qoyulub və onlara münasibətdə qanunvericilikdə müəyyən edilmiş müvafiq tədbirlər görülüb.

Bizim.Media-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə 121 xarici ölkə vətəndaşının adı ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər etdiklərinə görə müvafiq siyahıya daxil edilib.

"Ümumiyyətlə daxil olmuş müvafiq müraciət və məlumatlar əsasında 2014-2020-ci illər ərzində 56 şəxsin adı sözügedən siyahıdan çıxarılıb", - deyə sənəddə bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO