Xalq artisti Emin: “Alyonadan ikinci övlad istəsəm də buna müqavimət göstərir” - VİDEO

Xalq artisti Emin: “Alyonadan ikinci övlad istəsəm də buna müqavimət göstərir” - VİDEO

Hazırda oxunan: Xalq artisti Emin: “Alyonadan ikinci övlad istəsəm də buna müqavimət göstərir” - VİDEO

142145

“Özümə heç bir ekstravaqant şeyə icazə vermirəm. Mənim qara “Ferrari”m var, amma o avtomobildən istifadə etmirəm. Uşaqlarımla vaxt keçirməyi və onları bir araya gətirməyi çox sevirəm. İkinci xanımım Alyonadan kiçik Afina adlı qızım var. Alyona övladımızın üzünü göstərməkdən narahatlıq keçirir. O, qorxur ki, ona göz dəyər. Amma qalan uşaqlarımı hamıya göstərmişəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti və iş adamı Emin Ağalarov “YouTube”da qonaq olduğu “Света Вокруг Света” (Dünya ətrafında Sveta) layihəsində deyib. 


Sənətçinin sözlərinə görə, dörd övladı ilə keçirdiyi zaman onun üçün olduqca dəyərli və qiymətlidir: 

“Afina mənimlə bir müddət əvvəl Bakıya gəlmişdi. Dörd uşağımla bərabər birlikdə vaxt keçirdik. Bəzən tətilə birlikdə gedirik. Mənim üçün ən xoşbəxt an bütün övladlarımın bir yerdə olmasıdır. Uşaqlardan biri yanımda olanda və hansı övladım olmayanda artıq narahat olmağa başlayıram. Onların hamısı bir-biri ilə çox yaxşı dostluq edir və bir-birlərini sevirlər. Sözün yaxşı mənasında, kim kimin övladıdır, aralarındakı bu cizgilər silinib. Çünki onların hamısı eyni ailədə yaşayır”. 


Xalq artisti birinci və ikinci ailəsinin yaxşı münasibətdə olduğunu bildirib: 

“Birinci həyat yoldaşım Leyla ilə ikinci həyat yoldaşım Alyona arasında çox yaxşı münasibət var. Mənsiz də yaxşı ünsiyyət qururlar, yazışırlar, danışırlar. Bu, onların şəxsi seçimidir. Bu baxımdan şanslıyam. Fərqli də ola bilərdi. Ümumiyyətlə, hesab edirəm ki, insanlar arasında vəziyyət nə qədər sakit olsa, hamı üçün bir o qədər yaxşıdır. Çünki kimsə münaqişədədirsə, bu, həmişə problemdir. Qalan vaxtı işləyirəm, musiqi və tikinti ilə məşğul oluram. Qrafik həmişə çox sıx olur. Çoxlu biznesim, yüzə yaxın şirkətim var. Böyük komandam var, tək deyiləm”. 


Geniş müsahibə zamanı E.Ağalarov bir müddət əvvəl ölkə başçısının “Sea Breeze” ailəvi-istirahət mərkəzinə ziyarətindən də söz açıb: 

“Elə oldu ki, cənab Prezident ilk dəfə “Sea Brezee” ailəvi-istirahət mərkəzinə baş çəkdi. Mən isə 15 ildir “Sea Brezee” ilə məşğul oluram. Bu, çox əlamətdar hadisə idi. Çünki bu illər ərzində nə planlaşdırdığımı, nələr edildiyini göstərmək və danışmaq imkanım oldu. Çox şadam ki, cənab Prezident hər şeyi bəyəndi. Və başa düşdüm ki, ən azı növbəti 15 il ərzində “Sea Brezee” ilə məşğul olacağam”. 


Emin ikinci həyat yoldaşı Alyona Qavrilova ilə münasibətlərindən bəhs edib. Ağalarov Qavrilovanı “həyatının möcüzəsi” adlandırıb: 

“Mən  ürək aşiqi (сердцеед) deyiləm. Həmişə ailə arzulamışam. Leyla xanımla tanış olanda ailə qurduq. Sonra bizdə nəsə alınmadı və yollarımızı ayırdıq. Buna baxmayaraq, inanıram ki, bu müddət ərzində biz uğur qazanmışıq. Ailəmizi qoruyub saxlamışıq. Hər halda, hər birimiz fərqli həyatlar yaşasaq da, özümüzü tam bir ailə kimi hiss edirik. Sonra Alyona ilə tanış oldum. Bu zaman onun artıq bir uşağı var idi. Və oğlunun indi 16 yaşı var. Hamımız yaxşı ünsiyyət qururuq. Bütün uşaqlar və valideynlər çox isti və rahat münasibətdəyik. Alyona və mən bir neçə ildir ki, birlikdəyik və heç nəyi dəyişməyi planlaşdırmıram. Onu çox sevirəm. O, bunu yaxşı bilir.

Təbii ki, mənim çox mürəkkəb xarakterim var. Cədvəlim sıxdır, ya qastrollarda oluram, ya tikinti işləri ilə məşğul oluram, və ya harasasa uçuram. Həmişə onun fikrini dinləyirəm, onunla məsləhətləşirəm, çünki onun baş verən hər şeyə öz baxışı var. Və mənə çox faydalı və düzgün məsləhətlər verir. Təbii ki, həyat tərzimi dəyişməyim üçün mübarizə aparır. "Daha çox dincəl, az siqaret çək və az alkoqol qəbul et" deyir. Alyona qızımızı böyütməklə məşğuldur. Harasa gedib uçsalar, onlarla maksimum vaxt keçirməyə çalışıram. Xüsusilə bir növ tətilə gedəndə, hər zaman onlarla birlikdəyəm.

Alyona yüksək üslub və zövqə malikdir. Və bu, onun üçün çox vacibdir. Deməzdim ki, onu əzizləyirəm, amma belə anlar təbii ki, olur. Amma məşğul olduğum üçün bunu etməyə çox vaxtım olmur. Yadıma düşür ki, ona bir qədər diqqət yetirməliyəm və bunu həmişə böyük məmnuniyyətlə edirəm. Ona sürprizlər etməyi sevirəm. O, həyatımın möcüzəsidir”.  


Müğənni ikinci həyat yoldaşı Alyona Qavrilova ilə Moskvada karaokedə tanış olduğunu söyləyib:

“Alyona olmasaydı, həyatım başqa cür cərəyan edə bilərdi. Onunla karaokedə tanış olduq. Bu, mənim karaokeyə gedib çıxış etdiyim dövrə təsadüf edirdi. O zaman tamaşaçım yox idi, karaokedə oxuyurdum. Alyona karaokeyə 15 dəqiqəlik gəlmişdi. Rəfiqəsi ilə gəldi, dayandı və getdi. Orada mahnı oxumadı. Sonra onunla görüşdüm, amma nömrəsini almadım. Daha sonra onunla yenidən görüşdüm. Ona yaxınlaşdım. Məni xatırladı. Onu o qədər bəyəndim ki, başımdan çıxara bilmədim və çıxarmağa da cəhd etmədim.

Başa düşdüm ki, onun övladı, öz həyatı var, mənim də öz həyatım var. Mən bunun uyğunsuz olduğunu düşündüm. Ancaq sonra, illər keçdikcə başa düşdük ki, bəlkə də kifayət qədər ciddi bir şey əldə edə bilərik.
Sonra toyumuz oldu, amma sonra biz ayrıldıq. Pandemiya dövrünü ayrı yaşadıq. Və sonra anladım ki, mən axmağam və hər şeyi düzəltməli və dəyişməliyəm. Və budur, biz yenidən bir yerdəyik. Hər şeyin yoluna düşdüyünə şadam. Ondan yenə uşaq istəyirəm, amma müqavimət göstərir”. 
 



Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO