İsrail Ukraynaya tank satacaq?

İsrail Ukraynaya tank satacaq?

Hazırda oxunan: İsrail Ukraynaya tank satacaq?

142090

İsrail "Merkava" tanklarının Ukrayna və Polşaya satışı ilə bağlı danışıqlar aparır.

Bizim.Media xəbər verir ki, bu barədə "Valla" qəzeti polşalı hərbi ekspertlərə istinadən məlumat yayıb.

İsrail Müdafiə Nazirliyi 1990-cı illərdə istehsal olunmuş "Merkava" tanklarının xarici ölkələrə satışına razılıq verib. Onlar Polşa və Ukrayna üçün nəzərdə tutulub.

Qəzetin yazdığına görə, "Merkava" tanklarının satışı "Tip 4" və "Barak" tanklarının, "Tiger" və "Eitan" zirehli transportyorlarının istehsalını artırmağa məcbur edəcək.

Daha əvvəl bildirilib ki, Ukrayna ilk dəfə olaraq İsraildən radarlardan müdafiə sistemlərini alıb, onlar artıq Kiyevdə yerləşdirilib. Söhbət İsrailin "RADA Electronic Industries" şirkəti tərəfindən istehsal olunan "ieMHR"dən gedir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO