Qaxda iri gövdəli ağaclar aşaraq yolları bağladı - FOTO

Qaxda iri gövdəli ağaclar aşaraq yolları bağladı - FOTO

Hazırda oxunan: Qaxda iri gövdəli ağaclar aşaraq yolları bağladı - FOTO

142055

Qaxda güclü küləklə müşahidə olunan leysan yağıb. Nəticədə şəhər ərazisində iri gövdəli ağaclar yollara, maşınların üzərinə aşıb. Elektrik naqilləri və telefon xətləri qırılaraq küçələrə düşüb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən bu gün günün ikinci yarısından başlayaraq Şimal-Qərb bölgəsində leysan yağıb, güclü külək əsib. Bu zaman bir sıra fəsadlar əmələ gəlib. 

Belə ki, iri gövdəli ağaclar aşaraq küçələrə aşdığından yollar bağlanıb, Bir neçə halda ağaclar küçələrdə dayanan maşınların da üzərinə aşıb.  Həmçinin külək ağacları elektrik və telefon xətlərinin üzərinə aşıraraq xətləri qırıb.
Rayon Fövqəladə Hallar komissiyası və Kommunal müəssisənin işçiləri dərhal küçələrə yönləndirilib. Aşan ağaclar kəsilərək küçədən yığışdırılıb, elektrik naqilləri bərpa olunub. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO