Qusarda mənzillərdə içməli su bulanıq gəlir - SƏBƏBİ AÇIQLANDI - FOTO/VİDEO

Qusarda mənzillərdə içməli su bulanıq gəlir - SƏBƏBİ AÇIQLANDI - FOTO/VİDEO

Hazırda oxunan: Qusarda mənzillərdə içməli su bulanıq gəlir - SƏBƏBİ AÇIQLANDI - FOTO/VİDEO

142024

Qusar şəhərində və ətraf yaşayış məntəqələrində içməli su çox mənzillərdə bulanıq vəziyyətdə gəlir. 

Bu barədə Bizim.Media-ya Qusar şəhərinin yuxarı hissəsində yaşayan sakinlər məlumat verib.

Bildirirlər ki,yağış yağan kimi  içməli su bulanıqlaşır, krandan qapqara çirkli su axır.

Onların sözlərinə görə, su haqqını vaxtında və tam ödədikləri halda, belə  su içməyə məcbur olurlar, bu da səhhətlərində problem yaradır.

Sakinlərin şikayəti ilə bağlı "Azərsu" ASC-nin Quba regional su-kanal idarəsinin Qusar sahəsindən bildirildi ki, bulanıq su gəlməsi son günlər yağan intensiv leysan yağışları ilə bağlıdır: “Qusarçaya  güclü sel gəlib. Hazırda çaydan saniyədə 15-20 kubmetr su axır.

Dağlardan gələn yağış suları içməli su xəttlərinə də təsir edib, qurğulara su sızması  var. Qısa vaxt ərzində suların durulması təmin ediləcək”.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO