Şəkiyə dolu düşdü: 200-dən çox evə ziyan dəydi - FOTO-VİDEO

Şəkiyə dolu düşdü: 200-dən çox evə ziyan dəydi - FOTO-VİDEO

Hazırda oxunan: Şəkiyə dolu düşdü: 200-dən çox evə ziyan dəydi - FOTO-VİDEO

141984

Şəkinin Daşüz kəndinə dolu düşüb. Kənddəki 320 təsərrüfatdan ən azı  200-dən çoxu, eləcə  də nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. 

Təbii fəlakət barədə Bizim.Media-nın yerli bürosuna Şəkinin Daşüz kənd icra nümayəndəsi İlqar Əliyev məlumat verib.

Dünən axşam saatlarında rayonun Daşüz kəndinə yağan dolunun çəkisi ilkin məlumatlara görə 150-200 qram ağırlığında olub. Yarım saata kimi davam edən dolunun yağması nəticəsində kənddəki 320 evdən 200-dən çoxunun şifer, dəmir və kirəmit örtüyünə ciddi ziyan dəyib. Həmçinin avtomobillər, eləcə də fərdi təsərrüfatlar doludan zərər görüb. 

Hadisədən sonra Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri kənddə olub, evlərə və təsərrüfatlara ilkin baxış keçirilib. 

Kənd icra nümayəndəsi İlqar Əliyevin sözlərinə görə, 200-dən çox sakin evlərinə ciddi ziyan dəyməsi barədə nümayəndəliyə məlumat verib, təbii fəlakətdən əziyyət çəkdiklərini ifadə ediblər. 

İlqar Əliyev təbii fəlakət zamanı sakinlər arasında xəsarət alan olmadığını, fəsadların aradan qaldırılması istiqamətində iş aparıldığını bildirib. 



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO