Xəbər verdiyimiz kimi iyunun 17-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, ölkəmizin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadənin yolverilməzliyini qeyd edən iclas iştirakçıları dövlət əmlakının mənimsənilməsi və dövlətin iqtisadi təhlükəsizliyi əleyhinə digər hüquqpozmalarla mübarizə tədbirlərini, habelə bu sahədə aidiyyəti qurumların rolu və onların üzərinə düşən vəzifələri müzakirə ediblər.
İclasda, həmçinin bəzi özəl müəssisələrin fəaliyyətində, xüsusilə mənzil-tikinti kooperativlərində yol verilən korrupsiya hallarının qarşısının alınması və vətəndaşların hüquqlarının qorunması istiqamətində görülmüş işlər barədə məruzələr dinlənilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:54 / 17.06.2023
Mənzil-tikinti kooperativlərində yol verilən korrupsiya halları müzakirə olunub
Hazırda oxunan: Mənzil-tikinti kooperativlərində yol verilən korrupsiya halları müzakirə olunub
Hazırda oxunan: Mənzil-tikinti kooperativlərində yol verilən korrupsiya halları müzakirə olunub
141921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.