Qaradağ İcra Hakimiyyətindən 571 minlik TENDER – Yenə 2 manatlıq şirkət QALİB OLDU – FOTO

Qaradağ İcra Hakimiyyətindən 571 minlik TENDER – Yenə 2 manatlıq şirkət QALİB OLDU – FOTO

Hazırda oxunan: Qaradağ İcra Hakimiyyətindən 571 minlik TENDER – Yenə 2 manatlıq şirkət QALİB OLDU – FOTO

141868

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil Kommunal Təsərrüfatı Birliyinin aprelin 3-də elan etdiyi “Abadlıq işlərinin satınalınması” tenderinin qalibi və nəticələri açıqlanıb.

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 571 min 962 manat olan tenderin qalibi “Qara Qaya” MMC (VÖEN - 3200070511) olub. 

Yaxın günlərdə tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şirkət MKTB üçün 164 kubmetr sahədə but daşdan ibarət divarların, 220 kvadrat-metr sahədə aqressiv mühitli bina qurğularla döşəmə örtüklərinin və 430 metr sahədə bort daşların sökülməsi işlərini həyata keçirəcək.
Eyni zamanda, 176 kubmetr sahədə çalovun tutumu 0,25 kun-metr olan ekskovatorla qazılaraq özüboşaldan avtomobilə yüklənməsi, 270 tonluq yükün yükqabiliyyəti 10 ton olan özüboşaldan avtomobillə 20 km məsafəyə daşınması, 3850 kv-metr sahənin əl ilə planlaşdırılması, 21 min 420 kv-metr buldozerin gücü ilə planlaşdırılması, 54 kub-metr sahədə eni və dərinliyi 2 metrə qədər olan xəndəklərdə qruntun bərkitmələr tətbiq etməklə əl ilə qazılması və digər 90 adda işlər həyata keçiriləcək. 

Qeyd edək ki, “Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, 4-cü uzununa, ev 19B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur.

Şirkətin 16 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. Aydın Əliyarovun haqqında da heç bir məlumata rast gəlinmir.

Araşdırmalarımız zamanı aydın oldu ki, şirkət yarandığı gündən yalnız Qaradağ RİH-nin həyata keçirdiyi tenderlərdə iştirak edib və böyük məbləğli satınalma müqavilələri imzalayıb. Təkcə 2020-ci ildə RİH-nin MKTB ilə şirkət arasında ən azı 4 tender müqaviləsi imzalanıb və ümumi dəyəti 1 milyon 107 min 531 manatlıq satınalma işləri həyata keçirilib.

Belə ki, təkcə iyun ayının 16-da MTKB “abadlıq və yolların əsaslı təmiri işlərinin satın alınması” ilə bağlı 1 milyon 292 min 093 manat dəyərində iki tender keçirib. Bunlardan birinin qalibi adıçəkilən şirkət olub və aralarında 571 min 962 manatlıq satınalma müqaviləsi imzalanıb.

Təkcə sentyabr ayında 3  tender elan edilib və hamısında da “Qara Qaya” şirkəti qalib olub.

Tərəflər arsında maliyyə dəyəri 291 min 341 manat olan satınalma müqaviləsi imzalanıb. Bunlar maliyyə dəyəri maliyyə dəyəri 160 min 032 manat olan “mənzil fondunun təmiri ilə əlaqədar mal-materialların satın alınması”, maliyyə dəyəri 62 min 440 manat olan “abadlaşdırma işləri ilə əlaqədar mal-materialların satın alınması” və maliyyə dəyəri 68 min 869 manat olan “abadlaşdırma xidmətləri ilə əlaqədar yumşaq inventar və xüsusi geyimlərin satın alınması” tenderləridir.

Bunlardan birincisi, ötən ilin sentyabrın 20-də baş tutub və tərəflər arasında “Abadlaşdırma xidmətləri ilə əlaqədar yumşaq inventar və xüsusi geyimlərin alınması” ilə bağlı satınalma müqaviləsi imzalanıb. Müqavilə əsasında şirkət MKTB üçün 419 cüt qaloş, 6000 cüt əlcək, 500 ədəd fəhlə xalatı, botinka və digər geyimlər satın alıb. 
Dekabrın 14-də isə “yolların əsaslı təmir işlərinin satınalınması” ilə bağlı son müsabiqə baş tutub və qalib yenə “Qara Qaya” MMC elan edilib və aralarında rayon yolların əsaslı təmir işləri ilə bağlı 175 min 331 manatlıq müqavilə imzalanıb.




Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO