Gəndab-Yalama yolunun 45-ci km-də, Xaçmazın Həsənqala kəndindən keçən hissəsində baş verən yol qəzasında 2 qadın sərnişin xəsarət alıb.
Xaçmaz rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan 2 qadın TƏBİB-in Xaçmaz rayon mərkəzi xəstəxanasının təcili yardım bölməsinə gətirilib.
MÖVZU İLƏ BAĞLI:
Gəndab-Yalama yolunda QƏZA: Xəsarət alan var - FOTO/ÖZƏL
Onlara lazımi tibbi yardım göstərilib.Hazırda vəziyyəti orta ağır olan bir nəfərin müalicəsi cərrahiyyə şöbəsində, vəziyyəti stabil olan bir nəfərin isə müalicəsi təcili yardım bölməsində davam etdirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu