Kürdə batan üç nəfərin meyiti tapılıb - YENİLƏNİB 

Kürdə batan üç nəfərin meyiti tapılıb - YENİLƏNİB 

Hazırda oxunan: Kürdə batan üç nəfərin meyiti tapılıb - YENİLƏNİB 

141810

Neftçala rayonunun Cəngan kəndi ərazisində Kür çayında üç nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində iyunun 16-da axşam saatlarında batan 3 nəfər yeniyetmənin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

*** 21:09

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN-nin məlumatında bildirilib. 

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Axtarış tədbirləri nəticəsində batan 3 nəfərdən ikisinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Axtarışlar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO