“Şəhərdən Kəndə” bu dəfə Zaqatalada - FOTO 

“Şəhərdən Kəndə” bu dəfə Zaqatalada - FOTO 

Hazırda oxunan: “Şəhərdən Kəndə” bu dəfə Zaqatalada - FOTO 

141808

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına dəstək tədbirləri davam edir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, növbəti dəstək göstərilən təsərrüfat Zaqatala rayonunun Qazangül qəsəbəsində yerləşən, fermer Elman Yüzbaşova məxsus təsərrüfatda olub.  

Layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq məqsədilə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev təsərrüfatı ziyarət ediblər.  

9 ha ərazisi olan təsərrüfat iri və xırdabuynuzlu heyvanların saxlanılması üzrə ixtisaslaşıb. Eyni zamanda burada arıçılıq və quşçuluqla da məşğul olunur. Tam orqanik məhsul hazırlanması tendensiyası üçün turistlərə təklif olunan qidaların əksəriyyəti -mürəbbələr, kompotlar, turşular, süd və ət məhsulları və s. təsərrüfatda istehsal olunur.  
Burada balıqçılıqla məşğul olmaq üçün göl də mövcuddur. Təsərrüfatın bir hissəsində isə üzüm bağı salınıb. Təsərrüfat sahəsi dağ ətəyində yerləşir ki, bu da turistlər üçün dağa çıxmaq, dağ yabanı meyvələrindən bəhrələnmək imkanı yaradır.  










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO