Lənkəranda bir ailənin 5 üzvü tortdan ZƏHƏRLƏNİB 

Lənkəranda bir ailənin 5 üzvü tortdan ZƏHƏRLƏNİB 

Hazırda oxunan: Lənkəranda bir ailənin 5 üzvü tortdan ZƏHƏRLƏNİB 

141801

Lənkəranda bir ailənin 5 üzvü qidadan zəhərlənib. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki, zəhərlənmə rayonun Şovu kəndində baş verib. 

Ailənin gəlini - 1983-cü il təvəllüdlü Marifə Adıgözəl qızı Babayeva 3 gün öncə bazardan aldığı ərzaqla tort bişirib.  

Bu gün ailə üzvləri səhər yeməyində 3 gün öncə bişirilən tortdan yeyiblər. Onlar bir müddətdən sonra özlərini pis hiss ediblər.

Günorta saatlarında təcili tibbi yardım avtomobili ilə ailə üzvləri - Marifə Babayeva, 1990-cı il təvəllüdlü Zamin Səfaddin oğlu Babayev, 1959-cu il təvəllüdlü Ənivəs Əli qızı Babayeva, eləcə də iki azyaşlı - 2016-cı il təvəllüdlü Xədicə Zamin qızı Babayeva, 2018-ci il təvəllüdlü Mətləb Zamin oğlu Babayev Lənkəran Mərkəzi rayon xəstəxanasına çatdırılıblar.  

Onlara qida zəhərlənməsi diaqnozu qoyulub və lazımı tibbi yardım göstərilib.  

Vəziyyətləri orta ağır qiymətləndirilir. Hazırda onların hər birinin müalicəsi müvafiq şöbədə davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO