"Biz öz torpaqlarımızı döyüşərək geri qaytardıq" - Prezident

Hazırda oxunan: "Biz öz torpaqlarımızı döyüşərək geri qaytardıq" - Prezident

141590

Bilirsiniz ki, 30 il ərzində Azərbaycan Ermənistanla danışıqlarda iştirak edirdi, onlar da heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun döyüş ruhu ərazi bütövlüyümüzü bərpa etdi.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: Azərbaycan Kəşmir məsələsində Pakistanı hər zaman dəstəkləyib


Ərazi bütövlüyümüzün bərpasının danışıqlar və ya hər hansı vasitəçilik hesabına baş vermədiyini vurğulayan dövlət başçısı deyib:

“Əksinə, həmin vasitəçilik səyləri vəziyyətin dondurulmasına gətirib çıxarmışdı. Biz bununla razı olmadıq, biz ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı döyüşərək aldıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO