Şəkidə sakinlərin şikayəti nəzarətə GÖTÜRÜLDÜ – FOTO  

Şəkidə sakinlərin şikayəti nəzarətə GÖTÜRÜLDÜ – FOTO  

Hazırda oxunan: Şəkidə sakinlərin şikayəti nəzarətə GÖTÜRÜLDÜ – FOTO  

141359

Şəkinin Daşüz kənd sakinləri ilə rayon rəhbərliyi arasında keçirilən görüşdə bir sıra məsələlər haqqında danışılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər veirir ki, rayon rəhbərliyi Daşüz kənd sakinləri ilə görüşərək yaz-tarla işlərinin gedişi və onları narahat edən qayğılarla maraqlanıb.

Kənd sakinlərindən İlham Qədirov, Sevda Hüseynova, Arif Səmədov və başqaları çıxış edərək Daşüz kəndinə optik internet xəttinin çəkilməsi və əlavə telefon nömrələrinin verilməsi, kəndin SİP kabelləşdirilməsini xahiş edib. Sakinlər, həmçinin kənd tam orta məktəbinin əsaslı təmir olunmasının vacibliyindən danışıb, bu məsələnin nəzarətə götürülməsini qeyd edib.
Daşüz kəndində yeni tikilmiş evlərə təbii qazın çəkilməsinə köməklik edilməsi də sakinlərin qaldırdığı məsələlər sırasında olub. Qaldırılan məsələlərin bir qisminə elə görüş zamanı aydınlıq gətirilib, digər məsələlərin isə nəzarətə götürülməsi və bununla bağlı müvafiq təşkilatlar qarşısında məsələ qaldırılması qərara alınıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO