ABŞ-dan Ceyhun Bayramovla Mirzoyanın görüşü barədə AÇIQLAMA

ABŞ-dan Ceyhun Bayramovla Mirzoyanın görüşü barədə AÇIQLAMA

Hazırda oxunan: ABŞ-dan Ceyhun Bayramovla Mirzoyanın görüşü barədə AÇIQLAMA

141353

"Tərəflər (Azərbaycan və Ermənistan nəzərdə tutulur - red.) Cənubi Qafqaz regionu naminə dinc dialoq aparmağa davam etdiyi üçün biz danışıqların növbəti raundunun (Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramovla Ararat Mirzoyan arasında - red.) Vaşinqtonda keçirilməsini səbirsizliklə gözləyirik".

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə səsləndirib.

"Biz hesab edirik ki, qalan məsələlərin həlli üçün birbaşa dialoq əsasdır. İnanırıq ki, razılaşma əldə edilə bilər", deyə o, qeyd edib.

Metyu Miller əvvəllər nəzərdə tutulan görüşün baş tutmamasına da toxunub:

"Təəssüf ki, bu görüş keçirilmədi və biz yeni tarix təyin edəcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO