Oğuzda ağır QƏZA - Ölən və xəsarət alanlar var - FOTO

Oğuzda ağır QƏZA - Ölən və xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Oğuzda ağır QƏZA - Ölən və xəsarət alanlar var - FOTO

141312

Oğuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Qəzada daha iki nəfər ağır yaralanıb və onlar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ağır yol nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  

Belə ki, hərəkətdə olan"Toyota" və "VAZ-2106" markalı minik avtomobillər ötmə zamanı biri-digərinin qarşısına çıxıb və nəticədə qəza baş verib. Bu zaman "VAZ-2106"nın sərnişini ağır bədən xəsarətləri alaraq elə hadisə yerindəcə keçinib. 
Qəzada həmçinin avtomobillərin sürücüləri və digər sərnişinlər də müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Hadisənin təfərrüatları araşdırılır.  




Tural Rasim oğılu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO