Bu gün Bakının mərkəzində Fəvvarələr meydanında bir qrup feminist fəalın iştirakı ilə “8 Marş – Haqlarımız Uğrunda” aksiyası keçirilb.
15:00-da başlanılması planlaşdırılan aksiya Azərbaycanda qadın qətllərinə diqqət çəkmək və qadın hüquqlarının təmin olunması məqsədi ilə təşkil olunduğu qeyd olunur.
Aksiyanın Fəvvarələr meydanından başlayaraq “Azad qadın” heykəlinə qədər davam edəcəyi planlaşdırılıb.
Təşkilatçılar bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə aksiya keçirməklə bağlı müraciət ünvanlayıb.
Lakin mövcud pandemiya şəraiti və Fəvvarələr meydanında əhalinin hərəkətinə maneə olmamaq üçün aksiyaya icazə verilməyib.
Dünən və daha əvvəlki günlərdə DİN-dən verilən açıqlamada da təşkilatçılara mövcud şəraitdə aksiya təşkil etməmələri tövsiyyə olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:14 / 08.03.2021
İcazəsiz aksiyanın qarşısı alındı – BAKIDA - FOTO
Hazırda oxunan: İcazəsiz aksiyanın qarşısı alındı – BAKIDA - FOTO
Hazırda oxunan: İcazəsiz aksiyanın qarşısı alındı – BAKIDA - FOTO
14119
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.