Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yolları bağlı olacaq - FOTO/VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yolları bağlı olacaq - FOTO/VİDEO

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yolları bağlı olacaq - FOTO/VİDEO

141166

Bakıda yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə Zağulba prospekti, Mərdəkan şosesi, Heydər Əliyev prospekti və Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi və zəruri yerlərdə yol nişanlarının dəyişdirilməsi işləri icra olunur.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Sadalanan işlər iyunun 18-nə qədər davam edəcək.

İşlər gündüz saat 10:00-17:00, gecə saat 23:00-05:00 aralığında icra olunur. Bu səbəbdən sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldilir. 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
 







Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO