Bakıətrafı qəsəbələrə elektrik qatarı GƏLİR – Tarix AÇIQLANDI – RƏSMİ 

Bakıətrafı qəsəbələrə elektrik qatarı GƏLİR – Tarix AÇIQLANDI – RƏSMİ 

Hazırda oxunan: Bakıətrafı qəsəbələrə elektrik qatarı GƏLİR – Tarix AÇIQLANDI – RƏSMİ 

141061

Bakıətrafı qəsəbəblərə dəmir yol xəttinin çəkilməsi və mövcud xəttlərin yenidən bərpası ilə bağlı məsələ aktual olaraq qalır. 

Bu barədə ölkə başçısının 2018-ci ildə müvafiq sərəncamı da var. Dövlət başçısının sərəncamı ilə Bakıətrafı dəmir yolu xəttinin çəkilməsi, əsaslı təmiri ilə bağlı 100 milyon manat vəsait ayrılıb və qısa zamanda bu xəttin inşasına başlanılması tapşırılıb. 

Prezident İlham Əliyevin Bakı şəhər ətrafı dəmiryol xəttinin inşası ilə bağlı sərəncamında Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Sumqayıt qatarlarında kağız biletlər və biznes vaqonlar LƏĞV EDİLİR 


Bakı şəhər ətrafı dəmiryolu xətti Bakıxanov, Zabrat-1, Zabrat-2, Pirşağı, Fatmayı, Novxanı stansiyalarından keçəcək. Bundan başqa, bu xətti Maştağa qəsəbəsində Bağlar istiqamətində uzatmaq planlaşdırılır. 

Digər xətt Zirə qəsəbəsinin yaxınlığındakı Dübəndi stansiyasınadək uzadılacaq. Əvvəllər orada Pirallahınadək dəmir yolu olub.

Daha bir xətt Binə qəsəbəsinədək çəkiləcək və Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu məsələsi həll olunacaq. Sabunçu stansiyasından başlayacaq işlər çərçivəsində 23 yeni dəmiryol stansiyasının inşa edilməsi planlaşdırılır.

Dəmir yol xətti Bakıətrafı bütün qəsəbələri əhatə etməyib. Baxmayaraq ki, bu qəsəbələrin bəzilərində xətt indiyədək qalır. Məsələn, vaxtilə “Hövsan 1” stansiyasından 28 May metrostansiyasına doğru sərnişin qatarı fəaliyyət göstərirdi. Sonradan sərnişindaşıma ləğv olundu. Xətt indi də yerində qalır. Dəyişən isə qatar yolunun ətrafının fərdi evlərlə dolmasıdır.   

Maraqlıdır, Bakının nəqliyyat sistemində müsbət dəyişikliklərə və tıxacın aradan qaldırlmasına səbəb olacaq bu layihənin tam olaraq bərpası  nə vaxt baş tutacaq?

“Azərbaycan Dəmir Yolları” QSC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolu xətti  yenidənqurma işlərindən sonra 2019-cu ildə istifadəyə verilib:

“Aparılan təhlillər nəticəsində sərnişin tələbatına uyğun olaraq  dəmir yolu xətti üzrə  Bakı, Sabunçu, Zabrat 2, Sumqayıt stansiyaları, Keşlə, Koroğlu, Bakıxanov, Zabrat 1, Məmmədli, Pirşağı, Görədil, Novxanı dayanacaqları rekonstruksiya olunaraq fəaliyyət göstərir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Azərbaycan Dəmir Yolları” QSC Bakı şəhərinin 2020-2040-cı illər üzrə Baş Planı layihəsi və Abşeron yarımadasında inteqrasiya olunmuş şəhər nəqliyyatı sisteminin yaradılması konsepsiyası çərçivəsində Bakı ətrafında, o cümlədən Hövsan qəsəbəsi istiqamətində sərnişindaşıma marşrutlarının genişləndirilməsini nəzərdən keçirir”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO