“Rüsum tələb edən xidmətlər üzrə rəyi soruşulan respondentlərin 27,5%-i rüsumları yüksək, 55,4%- i orta dərəcəli, 10,9%-i aşağı hesab edib. Aparılan tədqiqat belə bir nəticəyə gəlməyə əsas verir ki, dövlət xidmətlərinin göstərilməsi üçün zəruri olan qanunvericilik bazası yenilənməlidir".
Bizim.Media xəbər verir, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi üzrə hesabatında öz əksini tapıb.
Hesabata görə, hazırkı qanunvericilik xidmətlərin göstərilməsində vahid yanaşmaların, o cümlədən dövlət rüsumlarının və göstərilən xidmətlərə görə alınan əlavə vəsaitlərin hədlərinin müəyyənləşməsini tənzimləyə bilmir:
"Tədqiqat zamanı rəyi soruşulan xidmətalanların rüsum tələb edən xidmətlər üzrə respondent mövqeyini ümumilikdə 100% üzərindən dəyərləndirsək, onların 27,5%-i rüsumları yüksək, 55,4%- i orta dərəcəli, 10,9%-i aşağı hesab edib. Respondentlərin 6,2%-i fikir bildirməkdə çətinlik çəkib. Rüsumla yanaşı xidmət haqqı adlanan ödəniş bir çox hallarda kifayət qədər yüksək məbləğdə müəyyən edilib".
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:06 / 12.06.2023
Əhalinin 30 faizə yaxını dövlət rüsumlarını yüksək hesab edir – HESABAT
Hazırda oxunan: Əhalinin 30 faizə yaxını dövlət rüsumlarını yüksək hesab edir – HESABAT
Hazırda oxunan: Əhalinin 30 faizə yaxını dövlət rüsumlarını yüksək hesab edir – HESABAT
140991
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.