Gülyanaq Məmmədova özbək dilində mahnı oxudu - YENİ LAYİHƏ - FOTO

Gülyanaq Məmmədova özbək dilində mahnı oxudu - YENİ LAYİHƏ - FOTO

Hazırda oxunan: Gülyanaq Məmmədova özbək dilində mahnı oxudu - YENİ LAYİHƏ - FOTO

140851

Azərbaycanın ilk uşaq kanalı "ARB Günəş" yeni layihəsi ilə tamaşaçıların görüşünə gəlib. Ötən gün təqdimat mərasimi olan yeni layihə Azərbaycan-Özbəkistan dostluğuna həsr olunub.

Bizim.Media xəbər verir ki, "Məni sevib qalsaydım" adlanan yeni mahnının  ifaçıları Azərbaycan və Özbəkistanın  xalq artisti Gülyanaq Məmmədova və qardaş ölkənin mədəniyyət və turizm naziri, xalq artisti Ozodbek Nazarbekovdur.

Qeyd edək ki, mahnı hər iki ölkənin xalq artisti, sevilən sənətçi Gülyanaq Məmmədovanın özbək dilində oxuduğu ilk ekran işidir.

Layihə Azərbaycanın Özbəkistandakı   səfirliyində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb.

Mahnının sözlərini Botir Erqaşev yazıb, bəstəkarı Musahon Nurmatovdur. Rolları gənc və istedadlı aktrisalar Günəş Tegin, Könül Cəfərzadə və özbək aktyor Farrux Yusupov canlandırıb.

Klipin quruluşçu rejissoru Vüsal Məmmədov, baş prodüseri  "Oskar Film Production"un rəhbəri və ölkənin ilk milli videoplatforması olan "Metaflix"in qurucusu Yaşar Əhmədov, layihənin ideya rəhbəri və ssenari müəllifi isə  "ARB Günəş" televiziyasının direktoru Məhsim Məhsimovdur.

Çəkilişlər Bakı ilə yanaşı, Daşkənd şəhərinin bir sıra tarixi məkanlarında, o cümlədən Özbəkistan Dövlət Konservatoriyasında, məşhur  Çorsu bazarında, Müstəqillik meydanında aparılıb.
Xatırladaq ki, klipin məhz "Heydər Əliyev ili" çərçivəsində ərsəyə gəlməsi təsadüfi deyil. Məlum olduğu kimi, Ümummilli liderimiz Heydər Əliyevin hər iki ölkə arasındakı dostluq, qardaşlıq və ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsindəki rolu  əvəzolunmazdır.

Heydər Əliyev hər zaman Azərbaycan-Özbəkistan dostluğuna xüsusi önəm verib. Məhz bu səbəbdən də qardaş ölkədə də O, həmişə böyük sevgi və ehtiramla anılır.

Elə bu sevginin təzahürüdür ki, Daşkənddə Heydər Əliyev adına küçə və onun memorial kompleksinin ucaldığı geniş meydan mövcuddur.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO