NATO rəsmisi: “Ukraynanın alyansa qoşulması ilə bağlı konsensus yoxdur”

NATO rəsmisi: “Ukraynanın alyansa qoşulması ilə bağlı konsensus yoxdur”

Hazırda oxunan: NATO rəsmisi: “Ukraynanın alyansa qoşulması ilə bağlı konsensus yoxdur”

140821

“Hazırda NATO üzvləri Ukraynanın alyansa qoşulması ilə bağlı konsensus əldə etməyiblər”. 

Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun Baş katibinin müavini Mirça Coana məlumat verib. 

“Hazırda biz NATO daxilində konsensus görmürük. Ukrayna NATO-ya, Qərb demokratiyasına həmişəkindən daha yaxındır”, - deyə Mirça Coana qeyd edib. 

Onun sözlərinə görə, bu o demək deyil ki, alyansın Vilnüs sammitində müəyyən qərarlar qəbul edilməyəcək:

“Vilnüsdə liderlərimiz son 50 ildə NATO-nun hərbi strategiyası, hərbi planlaşdırılması, qüvvələrin strukturu və komandanlıqlarında ən mühüm dəyişikliyi təsdiq edəcəklər. İlk dəfə həm Rumıniyada, həm də Qara dəniz zonasında əvvəllər heç vaxt olmadığımız ardıcıl müdafiə strategiyasına malik olacağıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO