“Kəpəz”də İdarə Heyətinin iclası oldu, yeni baş məşqçi TƏSDİQLƏNDİ 

“Kəpəz”də İdarə Heyətinin iclası oldu, yeni baş məşqçi TƏSDİQLƏNDİ 

Hazırda oxunan: “Kəpəz”də İdarə Heyətinin iclası oldu, yeni baş məşqçi TƏSDİQLƏNDİ 

140799

“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.  

Bizim.Media xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib. 

İdarə Heyətinə yeni üzvlərin qəbulu və əsas komandaya baş məşqçi təyinatı toplantının əsas müzakirə mövzusu olub.  

Mehman Allahverdiyev və Müzadil Həsənov “Kəpəz” klubunun İdarə Heyətinə üzv qəbul edilib. İdarə Heyətinin qərarı ilə Azər Məmmədov əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunub.  

Mütəxəssislə 1+1 illik müqavilə imzalanacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO