Beynəlxalq reytinq agentliyi Azərbaycanın investisiya mövqeyini AÇIQLADI  

Beynəlxalq reytinq agentliyi Azərbaycanın investisiya mövqeyini AÇIQLADI  

Hazırda oxunan: Beynəlxalq reytinq agentliyi Azərbaycanın investisiya mövqeyini AÇIQLADI  

140758

Azərbaycanın xarici likvid aktivləri xarici borclarını üstələyir, xalis beynəlxalq investisiya mövqeyi isə 2023-2026-cı illərdə ÜDM-in orta hesabla 65%-ni təşkil edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib. 

Məlumata görə, Azərbaycan potensial ticarət şərtləri dəyişkənliyinə qarşı həssas olaraq qalsa da, onun xalis xarici aktivlərdəki böyük mövqeyi iqtisadi tsikllərin daxili iqtisadi inkişafa potensial mənfi təsirini azalda biləcək bufer rolunu oynayacaq. 

“Neftin qiyməti və hasilatı ilə bağlı proqnozlarımıza əsaslanaraq, Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2022-ci ildə qeydə alınmış və son 10 ildəki ən yüksək göstərici olan ÜDM-in 30%-i səviyyəsindən aşağı düşərək 2023-2026-cı illərdə ÜDM-in orta hesabla 15%-ni təşkil edəcəyini gözləyirik”, - agentlik qeyd edib. 
"S&P" analitiklərinin fikrincə, Azərbaycanın xarici aktivlər üzrə güclü mövqeyi Dövlət Neft Fondunda toplanmış külli miqdarda xarici aktivləri ilə dəstəklənməklə onun reytinqinin əsas gücü olaraq qalacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO