Şəkidə yük maşını AŞDI - Avtomobildəki yük yola dağıldı

Şəkidə yük maşını AŞDI - Avtomobildəki yük yola dağıldı

Hazırda oxunan: Şəkidə yük maşını AŞDI - Avtomobildəki yük yola dağıldı

140685

Şəkidə yük maşını qəza törədib. Hadisə Şəki- Qax avtomobil yolunun Qoxmuq kəndindən keçən hissəsində baş verib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qeyri-ərzaq məhsulları ilə dolu yük maşını Qax rayonu istiqamətində hərəkətdə ikən sürücü idarəetməni itirib.  

Nəticədə avtomobil yolun kənarındakı dəmir dirəyə çırpılaraq aşıb. Qəza zamanı sürücü və onu müşayiət edən şəxs yüngül xəsarət alıb, avtomobildəki yük yola dağılıb.  

Hadisə şahidlərinin köməyi ilə yük yoldan yığılaraq başqa avtomobillə yola salınıb.  

Faktla bağlı araşdırma aparılır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO