İslandiya avqustun 1-dən Rusiyadakı səfirliyinin işini qeyri-müəyyən müddətədək dayandırmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə İslandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlik Rusiya səfirini çağıraraq, onu qərarla bağlı məlumatlandırıb.
İslandiya XİN, həmçinin Rusiya Federasiyasından “Reykyavikdə fəaliyyətin miqyasını azaltmağı” və diplomatik missiyanın statusunu aşağı salmağı tələb edib.
Bəyanatda qeyd olunur ki, Moskvadakı səfirliyin fəaliyyətini dayandırmaq qərarı Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil. Şərait imkan verən kimi səfirliyin fəaliyyətinin bərpası məsələsinə “prioritet olaraq” diqqət yetiriləcək.
Qeyd edək ki, hazırda İslandiyanın Rusiya ilə kommersiya, mədəni və siyasi qarşılıqlı əlaqələri ən aşağı səviyyədədir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:28 / 09.06.2023
İslandiya Moskvadakı səfirliyini BAĞLAYIR
Hazırda oxunan: İslandiya Moskvadakı səfirliyini BAĞLAYIR
Hazırda oxunan: İslandiya Moskvadakı səfirliyini BAĞLAYIR
140651
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.