Rayonlarda 20 qəpiyə, Bakıda isə 1 MANATA – Soğan qiymətlərindəki kəskin fərqə SƏBƏB NƏDİR? 

Rayonlarda 20 qəpiyə, Bakıda isə 1 MANATA – Soğan qiymətlərindəki kəskin fərqə SƏBƏB NƏDİR? 

Hazırda oxunan: Rayonlarda 20 qəpiyə, Bakıda isə 1 MANATA – Soğan qiymətlərindəki kəskin fərqə SƏBƏB NƏDİR? 

140563

Paytaxtda mövsümi meyvə və tərəvəzlərin qiyməti ucuzlaşsa da soğanın qiyməti dəyişməz qalıb. İlk təəssüratdan belə qənatə gəlmək olar ki, soğan istehsalı bu il az olduğuna görə qiymətlər sabit qalıb. Ancaq araşdırdıqda səbəbin bununla bağlı olmadığını, məhsulun sahələrdə qalacaq qədər bol olduğunu  görürük. 

Bakıda kiloqramı az qala bir manata satılan soğan, bəzi rayonlarda su qiymətinədir. Ağdaş, Şəki, Oğuz, Qəbələnin Nic bazarlarında və bir çox rayonlarda bir kisə soğan 5 manata satılır. Yəni bir kiloqramı, orta hesabla 20 qəpiyə...

Bəs, məhsul boldursa, niyə şəhərdə qiymət bu qədər bahadır?

Mövcud vəziyyətin səbəbini öyrənmək üçün Bizim.Media iqtisadçı-ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikirlərini öyrənib. 

Onun sözlərinə görə, məhsulu yetişdirən fermerin şəhər bazarına birbaşa çıxışı olmadığı üçün bu işlə məşğul olan “alverçilər” bazara nəzarət edir ki, bu da kəskin qiymət fərqinə səbəb olur:

“Bu hal təkcə soğanda müşahidə olunmur. Kənd təsərrüfatı mövsümü irəlilədikcə digər məhsullarda da bu bolluq müşahidə olunacaq. Bunun səbəbi rayonlarda bolluğun olması, Bakıda isə şəhərdəki bazarların demək olar, hamısının inhisarda olmasıdır ki, bu da fermerlərin bazarlara birbaşa girişinin qarşısını alır. Ona görə də fermerlər məhsullarını Bakıya gətirməkdə və ya ölkənin digər böyük şəhərlərinə aparmaqda maraqlı deyillər. Bilirlər ki, bazara məhsul gətirmək, rayonda 3 qat aşağı satacağı qiymətdən də daha səmərəsiz başa gələcək. Belə satış etməkdən ehtiyatlanaraq, fermerlər öz məhsullarını Bakıya gətirə bilmirlər”.

Akif Nəsirli qeyd edib ki, bunu aradan qaldırmaq üçün hökumət şəhərin müəyyən yerlərində real yarmarkalar təşkil etməlidir: 

“Digər tərəfdən kənd təsərrüfatı məhsulları mövsümündə müəyyən qurumlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən idarə edilməlidir. Əvvəlcədən məhsuldarlıq bəlli olmalıdır. Həmin məhsulun bazardakı həcmi, bazardaki xüsusi çəkisi tapılmalıdır. Bazarlar arasında məhsullar elə bölüşdürülməlidir ki, fermerin məhsulu sabit qiymətə satılsın. 

Bunun üçün aqrar sahənin dövlət tərəfindən tənzimləmə proqramı həyata keçirilməlidir. Dünyanın inkişaf etmiş ölkələrində bu proqram həyata keçirilir. Azərbaycanda isə həmin proqramı öyrənib tətbiq etmək lazımdır.
Məsələn iyun ayında soğan su qiymətinədir, bir neçə ay əvvəl bundan da baha idi. Çünki ölkədə soğan qıtlıği yaranmişdi ,calışirdilar ki yüksək qiymətə satılsın. Həmçinin fermerlər uçun anbarların yaradılması da saydığımız vacib olan şərtlərdən biridir. Bununla da anbara qoyaraq istədiyi vaxt fermerə istədiyi qiymətə satmaq üçün imkan yaradıla bilər”.

Röyanə Oğuz, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO