Azərbaycanda dəhşətli QƏZA: Maşını arxaya verərkən azyaşlının üzərindən keçib öldürdü - VİDEO 

Azərbaycanda dəhşətli QƏZA: Maşını arxaya verərkən azyaşlının üzərindən keçib öldürdü - VİDEO 

Hazırda oxunan: Azərbaycanda dəhşətli QƏZA: Maşını arxaya verərkən azyaşlının üzərindən keçib öldürdü - VİDEO 

140557

Maşını arxaya doğru hərəkət etdirən sürücü 3 yaşlı uşağın üzərindən keçib. 

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. 

Qeyd edilib ki, hadisə iyunun 4-ü, saat 18 radələrində Abşeron rayon Qobu qəsəbəsində baş verib. 

Belə ki, qara rəngli “Honda” markalı avtomobilin sürücüsü maşını arxaya hərəkət etdirərkən küçədə oynayan 3 yaşlı Rəhimov Aqil Murad oğlunun üzərindən keçib. Körpənin başı əzilib və hadisə yerində həyatını itirib. 

Azyaşlının ailəsindən bildirilib ki, hadisəni törədən sürücü həmin ərazidə yaşayır, qonşudur. Ailə üzvləri onu da qeyd ediblər ki, polis hadisəni törədən sürücünü saxlasa da, izahatını aldıqdan sonra sərbəst buraxıb.     
Qəzanın baş vermə anını əks etdirən görüntüləri təqdim edirik: 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO