Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndisi seysmologiya” mövzusunda Bakıda keçirilən VII Beynəlxalq konfransın iştirakçıları iyunun 8-də Şuşaya səfər ediblər.
Mərkəzin İnformasiya şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, səfər çərçivəsində qonaqlara Azərbaycanın işğaldan azad olunmuş əraziləri və Şuşa şəhəri haqqında ətraflı məlumat verilib.
Həmçinin xarici qonaqlar ermənilərin otuz il müddətində Azərbaycan ərazilərində törətdikləri vandallıq aktları ilə əyani şəkildə tanış olublar.
Qonaqlar Şuşa şəhərindəki bir çox tarixi mədəniyyət abidələri haqqında məlumatlandırılıb, həmçinin “Heydər Əliyev və Qarabağ” fotosərgisi ilə tanış olublar, Cıdır düzünü, Bülbülün ev muzeyini və Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:01 / 08.06.2023
Beynəlxalq konfransın iştirakçıları Azərbaycan ərazilərində törədilən vandallıqlarla tanış olublar - FOTO
Hazırda oxunan: Beynəlxalq konfransın iştirakçıları Azərbaycan ərazilərində törədilən vandallıqlarla tanış olublar - FOTO
Hazırda oxunan: Beynəlxalq konfransın iştirakçıları Azərbaycan ərazilərində törədilən vandallıqlarla tanış olublar - FOTO
140478
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.