SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının bu yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının bu yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Hazırda oxunan: SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının bu yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

140474

İyun 8-dən 18-dək gündüz saat 10:00-17:00, gecə saat 23:00-05:00 aralığında Zağulba prospekti, Mərdəkan şosesi, Heydər Əliyev prospekti və Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında qeyd edilib. 

Bildirilib ki, buna səbəb üfüqi nişanlanma xətlərinin rənglənməsi işlərinin aparılmasıdır. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin işlər aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə icra olunacaq. 
Agentlik sürücülərə qeyd olunan tarixlərdə sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO