Avtobusdan enən zaman qəzaya düşən məktəbli xəstəxanadan EVƏ BURAXILDI – RƏSMİ  

Avtobusdan enən zaman qəzaya düşən məktəbli xəstəxanadan EVƏ BURAXILDI – RƏSMİ  

Hazırda oxunan: Avtobusdan enən zaman qəzaya düşən məktəbli xəstəxanadan EVƏ BURAXILDI – RƏSMİ  

140445

Ötən gün avtibusdan enən zaman yol qəzasına düşərək xəsarət alan məktəbli qızla bağlı xəbər var. Kliniki Tibbi Mərkəzin Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilən məktəbli sağalaraq evə buraxılıb.  

Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzin mətbuat katibi Aqşin Ağayev məlumat verib. Onun sözlərinə görə məktəblinin vəziyyəti normallaşıb və öətn gün axşam evə buraxılıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda dəhşətli QƏZA: Avtobusdan düşən şagirdi maşın VURDU - VİDEO 


Qeyd edək ki, hadisə paytaxtın Yasamal rayonu, Parlament prospektində baş verib. Minik avtomobili dayanmış avtobusu sağdan ötməyə çalışıb. Bu zaman avtobusdan düşən məktəbli qızı vurub. 

Xəsarət alan qız İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi Nərmin İmanzadədir. 

Faktla bağlı Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO