Rusiyaya mikroçiplərin və əsas elektron komponentlərinin tədarükü Ukrayna müharibəsindən əvvəlki səviyyəyə qayıdıb. Bir sıra dövlətlər, o cümlədən postsovet ölkələri bu işdə Rusiya Federasiyasına kömək edir.
Bizim.Media Avropanın “Politico” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Sanksiyaların Koordinasiyası İdarəsinin rəhbəri Cim Brayen danışıb.
Onun sözlərinə görə, adı çəkilən məhsulların Rusiyaya tədarükünü Qərb sanksiyalarla bloklamağa çalışıb.
Brayen hesab edir ki, Avropa şirkətləri elektron məhsullarını üçüncü ölkələrə satır, oradan isə Rusiyaya təkrar ixrac olunur. Söhbət müasir silah sistemlərinin yaradılması üçün zəruri olan mikroçiplərdən, prosessorlardan və elektron platalardan gedir.
O deyib ki, ABŞ Rusiyaya sanksiyalardan yayınmağa kömək edən 4 ölkə müəyyən edib: Ermənistan, Qazaxıstan, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:05 / 08.06.2023
ABŞ Dövlət Departamenti: Ermənistan bu məhsulların tədarükündə Rusiyaya kömək edir
Hazırda oxunan: ABŞ Dövlət Departamenti: Ermənistan bu məhsulların tədarükündə Rusiyaya kömək edir
Hazırda oxunan: ABŞ Dövlət Departamenti: Ermənistan bu məhsulların tədarükündə Rusiyaya kömək edir
140436
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.