Azərbaycanın qeyri-neft sektoruna investisiyalar ARTDI

Azərbaycanın qeyri-neft sektoruna investisiyalar ARTDI

Hazırda oxunan: Azərbaycanın qeyri-neft sektoruna investisiyalar ARTDI

140424

Azərbaycanın qeyri-neft sektoruna investisiyalar birinci rübdə 51,7 faiz artıb.

Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" mövzusunda yerli şirkətlərin sərgisində çıxışı zamanı söyləyib.

Bildirib ki, son 20 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə, ixrac isə 15,6 faiz artıb. Məşğulluq, əmək haqları, sosial müavinətlər və pensiyalar sürətlə artmaqdadır. Azərbaycanın qeyri-neft ixracı 21,8 faiz, həmçinin əmtəə dövriyyəsi, xüsusən Azərbaycandan ixrac artıb.

İnvestisiya mühitindən danışan S.Məmmədov qeyd edib ki, bu artıma bütün ölkə ərazisində, o cümlədən Qarabağda və Naxçıvanda azad iqtisadi zonaların yaradılması səbəb olur.

"Qarabağda tikinti-yenidənqurma işləri görülür, sahibkarlar üçün müvafiq təşviqedici tədbirlər və güzəştlər mövcuddur. Hesab edirəm ki, bütün bu və gələcək işlər ölkəmizin iqtisadiyyatına investisiyaların qoyuluşunun artmasına imkan yaradacaq", - deyə nazir müavini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO