"Sərhədlərimizin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir" - Prezidentin köməkçisi 

Hazırda oxunan: "Sərhədlərimizin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir" - Prezidentin köməkçisi 

140395

"Hazırda Azərbaycan davamlı inkişaf edir və şübhəsiz ki, sərhəd xidmətinin təşkilində də yeniliklər tətbiq edilir". 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Bakıda MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclasında çıxışı zamanı bildirib. 

Prezidentin köməkçisi bildirib ki, sərhədlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir. 

Məhərrəm Əliyev xatırladıb ki, 44 günlük Vətən müharibəsinin nəticəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan öz torpaqlarını işğaldan azad edib. 

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, sərhəd xidmətinin təşkil edilməsi, real çağırışlar əsasında təhlükəsizliyin təminatı böyük işlər tələb edir və MDB ölkələrinin müvafiq qurumları bu vəzifənin öhdəsindən uğurla gəlir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO