Qubada baş verən qəza ilə bağlı DİN-dən rəsmi AÇIQLAMA 

Qubada baş verən qəza ilə bağlı DİN-dən rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Qubada baş verən qəza ilə bağlı DİN-dən rəsmi AÇIQLAMA 

140303

Bu gün Quba şəhərində qeydə alınan yol qəzasında "Vaz-2107"markalı avtomobillə "Opel" markalı avtomaşının toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.  

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbov Bizim.Media-ya məlumat verib ki, qəza nəticəsində"Jiquli"nin sürücüsü, 25 yaşlı Elnur Kəlbiyev yerindəcə ölüb, sərnişin, 20 yaşlı Sahil İsayev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qubada ağır QƏZA: Ölən və yaralanan VAR - YENİLƏNİB 


Hazırda o, koma vəziyyətindədir.  

"Opel"in sürücüsü, 51 yaşlı Bakı sakini Qalib Mirzoyev isə canını yüngül xəsarətlə qurtara bilib. Faktı Quba rayon polis şöbəsinin istintaq bölməsi araşdırır.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO