Qəbələnin Laza kəndinə gedən yol BƏRPA EDİLDİ - FOTO

Qəbələnin Laza kəndinə gedən yol BƏRPA EDİLDİ - FOTO

Hazırda oxunan: Qəbələnin Laza kəndinə gedən yol BƏRPA EDİLDİ - FOTO

140293

Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarmışdı.  

Bizim.Media-nın yerli bürosuna rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin "10 N-li Yol İstismarı" MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.  

Qısa müddət ərzində alternativ olaraq Küsnət yolu ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub.  

Qeyd olunub ki, Dəmiraparan çayda sel sularının azalması ilə mövcud yolun bərpası istiqamətində işlərə başlanılacaq.  


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO