Azərbaycanlı futbolçu İsrail klubuna KEÇİR 

Azərbaycanlı futbolçu İsrail klubuna KEÇİR 

Hazırda oxunan: Azərbaycanlı futbolçu İsrail klubuna KEÇİR 

140252

Son mövsümü "Kəpəz"də keçirmiş Nicat Süleymanov legioner həyatı yaşamağa yaxındır.  

Bizim.Media xəbər verir ki, Gəncə klubunda oynamış yarımmüdafiəçinin İsrailə yollanması gözlənilir.  

İsrail yüksək liqasında çıxış edən “Aşdod” 24 yaşlı futbolçunun xidmətində maraqlıdır. Amma onu istəyən yeganə klub “Aşdod” deyil. Belə ki, “Sumqayıt” da yarımmüdafiəçi üçün danışıqlar aparır. 

Qeyd edək ki, Süleymanov 2021-ci ildən “Kəpəz”də oynayır. “Bakı”nın yetirməsi olan Nicat “Qarabağ”, “Zirə”, “Turan Tovuz” klublarında oynayıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO